“Çıraq” platformasından hasil edilən neft və qazın HƏCMİ 

Hazırda oxunan: “Çıraq” platformasından hasil edilən neft və qazın HƏCMİ 

166441

“Azəri-Çıraq-Günəşlı” yataqları blokunda (AÇG) yerləşən “Çıraq” platformasında istismara veriləndən 104 mln. tondan artıq neft hasil edilib. 

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hesabat dövründə platformadan 24 mlrd. kubmetrə yaxın qaz hasil edilib. 

“Platformadan 2023-cü ilin birinci yarısı üçün ümumi hasilat gündə orta hesabla 23 min barrel təşkil edib”, - məlumatda qeyd olunur. 

Qeyd olunur ki, AÇG blokundan ilk neft 1997-ci ilin noyabrında “Çıraq” yatağından əldə edilib. AÇG bloku Xəzər dənizinin Azərbaycan sektorunda ən iri neft-qaz yataqlar bloku hesab olunur və Bakıdan təxminən 100 km şərqdə yerləşir. Yataqlar blokunun ehtiyatı 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman 511 mln. ton həcmində təxmin edilib. Sonradan isə bu göstərici 1,072 mlrd. ton proqnozlaşdırılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin