Özbəkistan və Səudiyyə Ərəbistanı 12 milyard dollar dəyərində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dair bir sıra sazişlər imzalayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Mənbə yazır ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və onunla çoxşaxəli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib:
“Səudiyyə Ərəbistanı nümayəndə heyətinin hazırkı səfəri çərçivəsində kimya, energetika, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları və infrastrukturun inkişafı sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dair 12 milyard dollarlıq sazişlər imzalanıb”.
Qeyd olunur ki, danışıqlar zamanı tərəflər ölkənin müxtəlif regionlarında iri enerji layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Mətbuat xidməti əlavə edib ki, həmçinin nəqliyyat infrastrukturu və kommunal xidmətlər, geologiya, irriqasiya, məişət tullantılarının emalı, ali təhsil və əmək miqrasiyası sahələrində ümumi dəyəri 11 milyard ABŞ dolları olan yeni layihə və proqramların həyata keçirilməsinə dair razılıq əldə olunub.
Mətbuat xidmətinin məlumatına görə, hazırda “ACWA Power” şirkəti Özbəkistanda 7,5 milyard dollar dəyərində layihələr həyata keçirir.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
							14:27 / 27.11.2023
							
						Özbəkistan Səudiyyə Ərəbistanı ilə 12 milyard dollarlıq sazişlər imzaladı
						
							
								Hazırda oxunan: Özbəkistan Səudiyyə Ərəbistanı ilə 12 milyard dollarlıq sazişlər imzaladı							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Özbəkistan Səudiyyə Ərəbistanı ilə 12 milyard dollarlıq sazişlər imzaladı							
						166327
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































