Çıxarışı olmayan fərdi evlər bahalaşıb - VİDEO

Hazırda oxunan: Çıxarışı olmayan fərdi evlər bahalaşıb - VİDEO

166251

Son günlər paytaxt Bakı ərazisində yerləşən fərdi yaşayış evlərinin qiymətində 3-7 min manat artım müşahidə olunur.

Bizim.Media xəbər verir ki, mövzuya əmlak ekspertləri münasibət bildirib.

Onların sözlərinə görə, fərdi yaşayış evlərinin qiymətində müşahidə olunan artım bu il oktyabr ayının 1-də qanuna edilmiş dəyişikliklə əlaqəlidir. Qanuna görə çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Bu səbəbdən də hazırda çıxarışı olmasa belə, kommunikasiya xətləri mövcud olan ev və torpaq sahələrinin qiyməti artıb.
Rieltor Mülkədar Rüstəmov bildirib ki, son vaxtlar çıxarış almaq üçün uyğun olmayan torpaq sahələrini müştərilərə müxtəlif yollarla təklif edən şəxslər də var. Müştəri torpaq sahəsini aldıqdan sonra isə çıxarış alması mümkün olmur. Buna səbəb isə həmin torpaq sahələrinin tikinti üçün nəzərdə tutulmayan ərazidə yerləşməsidir.

O, əlavə edib ki, qanuna edilmiş müvafiq dəyişiklikdən sonra fərdi evlərlə yanaşı, çıxarışı olan mənzillərin də qiymətində artım müşahidə olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin