SOCAR ilə “KazMunayGaz” arasında əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: SOCAR ilə “KazMunayGaz” arasında əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

165861

Noyabrın 23-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstanın “KazMunayGaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev ilə görüşüb.

SOCAR-ın mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı münasibətlərin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. 

Bu xüsusda SOCAR ilə “KazMunayGaz” arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib.

Cari ilin oktyabr ayında tərəflər arasında imzalanan yol xəritəsinin müxtəlif istiqamətlərdə tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyinə əminlik ifadə olunub.

Görüş çərçivəsində xam neft və neft-kimya məhsullarının təchizatı, rəqəmsallaşma, neft-qaz sənayesində dayanıqlılıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin