Deputatdan ŞAD XƏBƏR – Pensiyalar ARTIRILACAQ

Hazırda oxunan: Deputatdan ŞAD XƏBƏR – Pensiyalar ARTIRILACAQ

165746

Milli Məclisin noyabrın 20-də baş tutan plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfi ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

Yeni sənədə əsasən, 2024-cü ilin dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən olunur.

Burdan da məlum olur ki, göstərilən xərclər gəlirləri təxminən 2 milyard 600 milyon manata yaxın üstələyib.

Xərclərin bu qədər artması nə ilə əlaqədardır?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov, bunun bir neçə amillə bağlı olduğunu qeyd edib.Onun sözlərinə görə, bu, ilk növbədə ötən ilin büdcəsinin qalıqları və daxili borclanma hesabına baş verir:

“Bunların hesabına da büdcə kəsirləri bağlanır. Bu, həmişə belə olub. Bir sözlə, gərlirlər proqnozlaşdırılan zaman xərclər ondan çox ola bilər. Eyni zamanda, gəlirlərimiz həmişə proqnozlaşdırılmadan bir neçə dəfə çox olur. Cari il üçün büdcə gəlirlərimiz əvvəlcədən nəzərdə tutulmuş proqnozlardan çox olub. 2024-cü ildə də hazırda proqnozlaşdırılan gəlirlərimizdən çox olacaq. Bundan başqa, ötən ildən qalan sərbəst qalıqla büdcə gəlirləri bağlanacaq”.

Bəs, bu xərclər hansı sahələri əhatə edəcək?

Deputat büdcədə bir neçə prioritet sahənin olduğunu diqqətə çatdırıb:

“Birinci yerdə sosial sahə dayanır ki, bu istiqamətə ayrılan vəsait 15 milyard manatdan çox, yəni ümumi xərclərin 42 faizini təşkil edir. Növbəti yerlərdə hərbi büdcə, işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işlərinin davam etdirilməsi, investisiya yatırımları, məktəblərin tikintisi və təmiri işləri, yeni körpülərin tikintisi, elm və təhsil, səhiyyə, kənd təsərrüfatı və digər xərcləri dayanır. Bu sahələr üzrə ötən ilə nisbətən xeyli artımlar proqnozlaşdırılır”.

Sosial sektorda nəzərdə tutulan artımlar hansı sahələri əhatə edəcək?

Deputat, ilk növbədə əmək haqlarında və pensiyalarda artımların nəzərdə tutulduğunu vurğulayıb:

“Pensiyalarda minimal hədd 180 manat, orta hədd 345 manat olacaq. Yaşayış minimum isə (ehtiyac meyarı) 270 manat olacaq. Digər sahələrdə də ciddi artımların olacağı gözlənilir. Bir sözlə, büdcə vəsaitləri artdıqca, artımlar da baş verəcək”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin