Hesabat dövründə neft-qaz sektoru üzrə ixracın dəyəri 12.2% azalıb, qeyri-neft sektoru üzrə isə 15% artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2023-cü ilin yanvar-sentyabr ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
Qeyd edilir ki, azalma əsasən ixrac qiymətlərinin dəyişimi ilə bağlıdır.
İxracın dəyəri xam neft üzrə 18.6%, təbii qaz üzrə isə 5.7% azalıb. Xam neft və neft məhsullarının 41.1%-i İtaliyaya, 6.1%-ı Hindistana, 5.8%-i İspaniyaya, 5.2%-ı Türkiyəyə və 41.8%-i digər ölkələrə ixrac olunub.
Qeyri-neft sahəsi üzrə artım əsasən, elektrik enerjisi, alkoqollu və alkoqolsuz içkilər, sement, tərəvəz, meyvələr və onların emal məhsulları, plastmas və onlardan hazırlanan məmulatlar üzə olub.
Ümumilikdə, hesabat dövründə ixracda əsas tərəfdaşlar İtaliya (44.3%), Türkiyə (17.2%), Yunanıstan (4.5%), Rusiya (3.3%) kimi ölkələr olub.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:45 / 22.11.2023
Azərbaycan hansı ölkələrə neft İXRAC EDİB? – HESABAT
Hazırda oxunan: Azərbaycan hansı ölkələrə neft İXRAC EDİB? – HESABAT
Hazırda oxunan: Azərbaycan hansı ölkələrə neft İXRAC EDİB? – HESABAT
165581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.