Azərbaycan elektrik enerjisinin istehsalını ARTIRIB 

Hazırda oxunan: Azərbaycan elektrik enerjisinin istehsalını ARTIRIB 

164604

Bu ilin 10 ayında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 278.5 mln. kVt-saat artaraq 24032,8 mln. kVt-saat olub. 

Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib. 

Melumata görə, ixrac 2357,1 mln. kVt-saat, idxal isə 190,1 mln. kVt-saat səviyyəsində olub. 

“Bu ilin 10 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 278.5 mln. kVt-saat artaraq 24032.8 mln. kVt-saat, ixrac 2357.1 mln. kVt-saat, idxal isə 190.1 mln. kVt-saat olub”, - paylaşında qeyd olunur. 
Bildirilir ki, yanvar-oktyabr aylarında İES-lər üzrə 22 213.8 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 819 mln. kVt-saat elektrikenerjisi istehsal edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin