Azərbaycan və Özbəkistan birgə istehsalın təşviqini müzakirə edib

Hazırda oxunan: Azərbaycan və Özbəkistan birgə istehsalın təşviqini müzakirə edib

164406

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb. Görüşdə ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi vurğulanıb. 

Bizim.Media İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Laziz Kudratov ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, işgüzar münasibətlərin, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin qurulmasının qarşılıqlı faydalı tərəfdaşlığımızı daha da gücləndirəcəyini bildirib, iqtisadi münasibətlərin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb. 

Tərəflər ticarət dövriyyəsinin davamlı artımının dəstəklənməsi, ticarət-iqtisadi və investisiya üzrə əməkdaşlığa dair Yol Xəritəsinin icrası, birgə istehsalın, energetika və sənaye sahələrində tərəfdaşlığın təşviqi barədə fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin