Vətəndaşlar dollar kreditlərindən niyə QAÇIRLAR? – SƏBƏBLƏR 

Hazırda oxunan: Vətəndaşlar dollar kreditlərindən niyə QAÇIRLAR? – SƏBƏBLƏR 

164366

Dünən Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisdəki çıxışında, xarici valyutada kreditlərin payının 19%-ə endiyini bildirib. Mərkəzi Bankın sədri bunu tarixi minimum kimi dəyərləndirib. 

“Bu, Mərkəzi Bankın ən böyük uğurlarından biridir”

Bunun bağlı fikirlərini Bizim.Media ilə bölüşən bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov, əvvəlcə xarici valyutada olan kreditlərin həcminin azalmasını müsbət hal kimi dəyərləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Dolların alış və satış qiymətləri EYNİLƏŞDİ – Manat BAHALAŞACAQ, YOXSA...


Onun sözlərinə görə, bu, Mərkəzi Bankın ən böyük uğurlarından biridir:

“Belə ki, Azərbaycan iqtisadiyyatında belə kreditlər AMB-nin sabiq rəhbərliyinin ən böyük mənfi fəaliyyətinin nəticəsində çoxalmışdı. Bu da ona görə baş verirdi ki, banklar Mərkəzi Bankdan manatla kredit götürə bilmirdilər. Əgər milli valyutamız ölkənin əsas ödəniş vasitəsidirsə, kreditlər nəyə görə xarici valyutada verilməlidir? Artıq bunun qarşısı alınıb və müsbət bir haldır və bununla dollarlaşmanın da qarşısı alınır. Yaxşı olardı ki, proses bundan sonra da davam etdirilsin”.

“Birinci devalvasiyadan sonra vətəndaşlar qorxuya düşdülər”

İqtisadçı-ekspert Xalid Kərimli də dollarla olan kreditlərin payının azalmasını ilk növbədə Mərkəzi Bankın fəaliyyətinin nəticəsi kimi dəyərləndirib:

“Bu da banklar qarşısında qoyulan bəzi tələblərin fonunda baş verir. Artıq həm banklar xarici valyutada kreditlərin verilməsində, həm də müştərilər bu vəsaitləri almaqda maraqlı deyillər. Ona görə ki, birinci devalvasiyadan sonra vətəndaşlar qorxuya düşdülər və dollarla kreditlərin faizləri nisbətən ucuz olsa da, hələ də risk etmək istəmirlər. Bu da yaxşı haldır”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin