Fərdi sahibkarlar bu il 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edib

Hazırda oxunan: Fərdi sahibkarlar bu il 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edib

164322

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistik Komitəsindən Bizim.Media-ya bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 7,4 faiz artıb.

Sənaye məhsulunun 68,1 faizi mədənçıxarma sektorunda, 26,6 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 3,6 faiz artıb.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 92,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 65,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 33,9 faiz, maşın və avadanlıqların istehsalı 30,2 faiz, tikinti materiallarının istehsalı 29,7 faiz, poliqrafiya məhsullarının istehsalı 28,9 faiz, içkilərin istehsalı 27,2 faiz, hazır metal məmulatlarının istehsalı 23,0 faiz, kağız və karton istehsalı 21,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 11,4 faiz, qida məhsullarının istehsalı 10,7 faiz, mebel istehsalı 9,5 faiz, neft məhsullarının istehsalı 9,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,1 faiz, elektrik avadanlıqlarının istehsalı 7,8 faiz, əczaçılıq məhsullarının istehsalı 4,6 faiz, tütün məmulatlarının istehsalı 3,8 faiz artıb, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,8 faiz, geyim istehsalı 12,3 faiz, sair sənaye məhsullarının istehsalı 13,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 16,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 19,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 25,4 faiz azalıb. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14,9 faiz artıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin