“İƏT-in 16-cı Zirvə toplantısında prezident İlham Əliyevin iştirakı və ona göstərilən xüsusi münasibət Azərbaycanın bu təşkilatda necə aktiv bir ölkə olduğunun göstəricisidir. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində ECO-ya üzv ölkələrlə əlaqələr daim prioritet istiqamətlərdən birini tutub. Artıq Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib”.
Bunu Bizim.Media-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
“Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır.
Bu isə həm bizim üçün, həm də region üçün çox önəmli addımlardır. Gələcəyə hesablanmış strategiya imkan verəcək ki, Azərbaycan vasitəsi ilə İƏT-ə üzv dövlətlər üçün dünyaya çıxmaq imkanlara daha da əlçatan olsun. Bu da əlbəttə üzv dövlətlərin hər biri üçün əlavə gəlir və iqtisadi inkişaf deməkdir.
Bu gün Azərbaycanda gedən proseslər qeyri neft sektorunun da inkişafı istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.
Neftdən asılılığı azaltmaqla digər sahələrin də inkişafına xüsusi önəm verilir. Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir. Ölkəmizdə bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.
Bu gedişlə Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək.
Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. İşğaldan azad olunan ərazilərimizdə isə sürətlə aparılan bərpa quruculuq işləri yaxın gələcəkdə ölkəmiz üçün yeni imkanlar yaradacaq”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:38 / 14.11.2023
“Azərbaycan yaxın gələcəkdə yaşıl enerji ixracatçısına çevriləcək” – Vüqar İskəndərov
Hazırda oxunan: “Azərbaycan yaxın gələcəkdə yaşıl enerji ixracatçısına çevriləcək” – Vüqar İskəndərov
Hazırda oxunan: “Azərbaycan yaxın gələcəkdə yaşıl enerji ixracatçısına çevriləcək” – Vüqar İskəndərov
164294
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.