2024-cü ilin dövlət büdcəsinin xərcləri 40 faizdən çox artıb

Hazırda oxunan: 2024-cü ilin dövlət büdcəsinin xərcləri 40 faizdən çox artıb

164135

"2024-cü il üçün dövlət büdcəsi haqqında qanun layihəsində dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, müvafiq olaraq dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsinin xərcləri növbəti il üçün proqnozlaşdırılan ümumi daxili məhsula nisbətdə 31,1 faiz, 2023-cü illə müqayisədə 0,5 faiz bənd çox, gəlirləri 28,9 faiz, 2023-cü illə müqayisədə 0,6 faiz bənd çox, kəsiri isə 2,2 faiz, 2023-cü illə müqayisədə 0,1 faiz bənd az təşkil edəcək".

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.

Nazir qeyd edib ki, cari ilin iyununda yenidən baxılma ilə 3,4 milyard manat məbləğində və yaxud 10,2 faiz artırılmış, 2023-cü ilin dövlət büdcəsinin xərcləri ilə müqayisədə növbəti ilin dövlət büdcəsinin xərcləri 0,4 faiz artımla proqnozlaşdırılsa da, son beş ildə, yəni, 2020-ci illə müqayisədə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 10 milyard 347 milyon manat və yaxud 40 faizdən çox artıb:
"2024-cü ilin dövlət büdcəsi xərclərinin 18,8 milyard manatı və ya 51 faizdən artıq hissəsi məqsədli dövlət proqramlarının və məqsədli tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Bu da dövlət büdcəsi xərclərinin ünvanlılığını və proqram yönümlülüyünü artıracaq".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin