“Bank əmanətlərinə vergi güzəştləri tətbiq olunacaq” – Deputatdan MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: “Bank əmanətlərinə vergi güzəştləri tətbiq olunacaq” – Deputatdan MÜHÜM AÇIQLAMA

163487

“Hazırda müzakirəsi davam edən 2024-cu ilin dövlət büdcəsi zərfində, Vergi Məcəlləsinə bəzi dəyişikliklərin edilməsi və güzəştlərin tətbiqi ilə bağlı bir sıra maddələr yer alıb. Bunlardan bir çoxu isə xüsusi əhəmiyyətə malikdir”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Millət vəkili əvvəlki qanunvericilikdə çatışmazlıqların olduğunu xatırladıb:

“Belə ki, əvvəllər öz sərbəst vəsaitlərini depozit şəklində banklarda yerləşdirən hökumət və ya qeyri-hökumət, büdcə və ya qeyri-büdcə təşkilatları zaman gəlirlərinin 10 faizi həcmində gəlir vergisi verirdilər. Ancaq yeni qanunvericilikdə, bunun 5 faizə qədər aşağı salınması nəzərdə tutulub”.

Deputat sözügedən dəyişiklikləri müsbət hal kimi dəyərləndirib:

“Ona görə ki, sərbəst vəsaiti olan hər bir hüquqi şəxs öz vəsaitlərini banklarda yerləşdirməkdə daha maraqlı olacaq. Bu da bankların öz resurslarını artırmasına kömək edəcək. Vətəndaşlar üçün də müsbət addım olacaq. Belə ki, onların banka yatırdıqları vəsitlərin müəyyən hissəsindən vergi tutulmayacaq”. 

Bəs, bu güzəştlər sayəsində dövlət büdcəsinə daxilolmaların həcmi azala bilərmi? 

Müsahibimiz, azalmaların həcminin təxminən 2 miyard manat həcmində proqnozlaşdırıldığını diqqətə çatdırdıb:

“Bununla belə, digər büdcə daxilolmalarını da hesablamaq lazımdır. Güzəştlərin fonunda azalmalar olsa da, büdcəmizin proqnozlaşdırılan ümumi hissəsi yenə də yüksək olacaq”. 

Qeyd edək ki, Milli Məclis gələn həftənin ilk 3 günü ərzində 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsini hökumət üzvlərinin iştirakı ilə müzakirə edəcək. Zərfə daxil olan sənədlərdən biri də Vergi Məcəlləsinə dəyişikliklərlə bağlıdır. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin