Dolların alış və satış qiymətləri EYNİLƏŞDİ – Manat BAHALAŞACAQ, YOXSA...

Hazırda oxunan: Dolların alış və satış qiymətləri EYNİLƏŞDİ – Manat BAHALAŞACAQ, YOXSA...

163335

Azərbaycanda bir sıra banklar ABŞ dolları marja fərqi olmadan satışa çıxarmağa başlayıb. Belə ki, əksər banklarda dolların alış və satış qiymətləri eyni, yəni 1 dollar üçün 1,7 manat təşkil edir.
Səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənli bildirib ki, bu gün banklar Mərkəzi Bankın məzənnəsi əsasında dolların ilə alqı-satqısını həyata keçirirlər:
 

MÖVZU İLƏ BAĞLI:

Batan banklardakı əmanətləri kim GERİ QAYTARACAQ? – AÇIQLAMA 


“Bu da ondan irəli gəlir ki, banklarda dollar çoxdur, amma manat lazımdır. Bu gün ölkə iqtisadiyyatının qarşılaşdığı əsas problemlərdən biri də dövriyyədə olan milli valyutanın azlığıdır. Bu da Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı sərt pul siyasəti ilə bağlıdır.

Belə ki, Mərkəzi Bank həm devolvasiyaya, həm də inflyasiyaya qarşı mübarizə çərçivəsində yüksək uçot dərəcəsi faizinə keçmişdi və banklarda məcburi ehtiyac dərəcəsini artırmışdı. 

Belə ki, MB bankların əhalinin və sahibkarların bank hesablarına cəlb etdiyi vəsaitlərin bir hissəsini özündə saxlamağı tələb edirdi və bununla da həmin məbləğləri dövriyyədən çıxarırdı. AMB bunların hamısını ona görə edirdi ki, dövriyyədəki manatın həcmi az olsun. Bu vəziyyət də ölkədə iqtisadi aktivliyi azaldacaq”. 

Ekspertin sözlərinə görə, bu vəziyyətin ölkə daxilində və xaricində aparılan ticarətə heç bir təsiri olmayacaq:

“Ona görə ki, 1 dollar 1.70 manatdan satılır və bu da ciddi bir məsələ deyil. Banklar da bundan heç bir təsirə məruz qalmayacaq. Ona görə ki, banklar əhalidəki manatı dollarla dəyişmək istəyir. Son illər dollar alışına süni məhdudiyyətlər tətbiq olunur və 1 nəfərə il ərzində 20 min dollardan artıq vəsaiti satmağa icazə vermirlər. İndi isə banklar bu addımı atmağa məcbur olurlar və alqı-satqının 20 minlik limit çərçivəsində həyata keçirmək istəyirlər”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin