“Kapitala Bank” bir il ərzində 28,5 milyon manat zərər EDİB – HESABAT  

Hazırda oxunan: “Kapitala Bank” bir il ərzində 28,5 milyon manat zərər EDİB – HESABAT  

162870

“Kapital Bank” ASC-nin cari ilin III rübü üzrə əldə etdiyi xalis gəlirləri 182 milyon 012 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28 milyon 597 min manat və ya 13,58 faiz azdır. 

Bizim.Media xəbər verir ki, ötən dövrdə bu vəsaitlər 210 milyon 609 min manat həcmində olub.

Qeyd edək ki, III rübə qədər bankın faiz gəlirlərin ötən illə müqayisə 67 milyon 041 min manat və ya 13,08 faiz artım baş versə də, faiz və qeyri-faiz xərclərinin artması xalis gəlirləri 2022-ci ildəki gəlirləri üstələməyə imkan verməyib. 

Belə ki, III rübə qədər faiz xərcləri ötən ilin eyni dövründəki 61 milyon 405 min manatdan 16 milyon manat və ya 21,25 faiz artaraq 77 milyon 979 min manata yüksəlib. Bu xərclər sırasında ilk yeri depozitlər üzrə faizlər təşkil edir ki, bu ilki vəsait 55 milyon 869 min manat, ötən ilki vəsait isə 43 milyon 978 min manat olub. Bu da onu göstərir ki, bir il ərzində depozit faizləri üzrə xərclər 11 milyon 891 min manat və ya 21,29 faiz çoxalıb.  

Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər üzrə xərclərdə də ciddi, yəni 5 milyon 437 min manatlıq və ya 41,35 faizlik artım baş verib. Belə ki, cari dövrdə bu gəlir 13 milyon 148 min manat, ötən il isə 7 milyon 711 min manat olub.    

Bankın digər faiz xərcləri isə 2022-ci ilin III rübü ilə müqayisədə 752 min manat, və ya 7,74 faiz azalıb. Belə ki, ötən il bu vəsait 9 milyon 714 min manat, cari dövrdə isə 8 milyon 962 min manat həcmində olub.  

Bildirək ki, III rüb qədər qeyri-faiz gəlirlərinin artımı da xalis gəlirlərin azalmasında ciddi rol oynayıb. Bank əməkdaşlarının əmək haqqı və digər kompensiya növləri üzrə xərcləri ötən il 137 milyon 835 min manat, cari rübdə isə 156 milyon 122 min manat həcmində olub. Burdan aydın olub ki, bu sahəyə 1 il ərzində 18 milyon 287 min manat və ya 11,71 faiz vəsait sərf olunub.

Bankın ümumi və inzibati sahəyə sərf etdiyi vəsaitlərin həcmi isə 1 ildə 20 milyon 635 min dollar və ya 57,05 faiz artıb. Yəni, ötən dövrdə bu sahəyə 15 milyon 534 min manat xərclənmişdisə, cari dövrdə bunu 36 milyon 169 min manat çatdırıb.  

Bank tərəfindən ötən ilin III rübü ərzində amortizasiya sahəsinə 32 milyon 977 min manat sərf etmişdisə, cari dövrdə isə bu vəsait 26 milyon 077 min manat və ya 44,16 faiz artaraq 59 miyon 054 min manata yüksəlib. 
Bankın 1 il ərzində digər xərcləri üzrə zərəri isə birdən-birə 50 milyon 051 min manat və ya 25,60 faiz artıb. Belə ki, ötən il bu zərər 145 milyon 508 min manat təşkil edirdisə, cari rübdə bu, 195 milyon 560 min manata çatıb. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin