Dolları alan çox, satan AZDIR... – Səbəb NƏDİR? 

Hazırda oxunan: Dolları alan çox, satan AZDIR... – Səbəb NƏDİR? 

162614

Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov son açıqlamasında, banklarda xarici valyutanın, o cümlədən ABŞ dollarının alışının onun satışını üstələdiyini bildirib.

T.Kazımov bunu əhalinin milli valyuta etibarının və vətəndaşlarının manatla gəlirinin artması ilə əlaqələndirib və əlavə edib ki, banklarda xarici valyutanın satışına qoyulmuş 20 min manatlıq illik limit qalır və bu, çirkli pulların yuyulmasının qarşısını almaq üçündür.

Bəs, bu fərq nə ilə bağlıdır?

Bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov Bizim.Media-ya açıqlamasında bunun müxtəlif səbəblərlə bağlı olduğunu bildirib:

“Ona görə ki, sahibkarlar ehtiyatlarını xarici valyutada saxlamağa üstünlük verirlər. İndi isə gəlirləri azalıb, xərcləri isə artıb. Bu xərcləri qarşılamaq üçün artıq dollarla olan vəsaitləri çıxarır və satmağa çalışırlar. Bəllidir ki, AMB-nın pul-kredit siyasəti çox sərtdir və dövriyyədə olan pulun həcminin artmasına imkan vermir”.

Müsahibimiz, digər səbəbin dolların alışına qeyri-rəsmi məhdudiyyətlərin olması ilə bağlı olduğunu vurğulayıb. Hüquqşünas, bu uzaqlaşdırma siyasətinin artıq bir neçə ildir ki, davam etdiyini diqqətə çatdırdı:

“Əvvəllər dollar alışı əvvəlki kimi deyildi. Bu yolla da milli valyutanın sabitliyini təmin etdilər. Beləliklə də həm vətəndaşları xarici valyutadan uzaq tutdular, həm də Mərkəzi Bankın çox xərcə düşməməsinin qarşısını alıdılar. Bu siyasəti hələ də davam etdirirlər. Amma hazırda dollara tələbat elə də yüksək deyil.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin