Hüquqi şəxslərin dövlət zəmanətli borcları 21 milyard manatı ötüb

Hazırda oxunan: Hüquqi şəxslərin dövlət zəmanətli borcları 21 milyard manatı ötüb

162560

Bu il iyulun 1-nə Azərbaycanın dövlət zəmanəti ilə təmin edilmiş hüquqi şəxslərin borcları 21 milyard 309,2 milyon manat təşkil edib.

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 52,5 %-i xarici valyutada (6 milyard 574,9 milyon ABŞ dolları), 47,5 %-i isə milli valyutada (10 milyard 131,8 milyon manat) cəlb edilmiş borclara verilmiş dövlət zəmanətləridir.

“Dövlət zəmanəti verilmiş öhdəlik üzrə borclu olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətlərinin bəzi hallarda qeyri-qənaətbəxş olması nəticəsində onlar tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş bu öhdəliklərə vaxtında və tam şəkildə xidmət edilə bilməməsi riskləri yaranır. Bu risklərin mitiqasiyası iki istiqamətdə həyata keçirilə bilər: operativ və uzunmüddətli", - deyə nazirlik bəyan edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin