Türk dünyasının ORTAQ LAYİHƏSİ – Azərbaycan Orta Asiyanın enerjisini Avropaya NƏQL EDƏCƏK

Hazırda oxunan: Türk dünyasının ORTAQ LAYİHƏSİ – Azərbaycan Orta Asiyanın enerjisini Avropaya NƏQL EDƏCƏK

162306

Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev son açıqlamasında, ölkəsinin Azərbaycana təmiz elektrik enerjisi tədarük etməyi planlaşdırdığını diqqətə çatdırıb.  

Layihədə, Xəzər dənizinin dibi ilə yüksək gərginlikli sualtı kabelin çəkilməsinin nəzərdə tutulduğunu söyləyən nazirin sözlərinə görə, artıq azərbaycanlı həmkarları ilə layihənin ilkin müzakirələrinə başlanılıb və belə bir addım həm də Qazaxıstanı Qafqaz dövlətlərinin enerji sistemi ilə birləşdirməyə imkan verəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyaya XƏYANƏTİN CƏZASI – Ermənistan Azərbaycandan ENERJİ DİLƏNİR
...


Bəs, təmiz enerjinin tədarükü hansı formada həyata keçiriləcək?

Bununla bağlı fikirlərini Bizim.Media-ya açıqlayan “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bidirib ki, Xəzərin o tayı ilə bu tayı arasında fasiləsiz enerji mübadiləsi üçün ən optimal variant, yüksək gərginlikli elektrik kabelinin çəkilməsidir: 

“Bu layihə boru kəmərləri ilə müqayisədə, daha təhlükəsizdir, kapital qoyuluşu kifayət qədər azdır və hər hansı bir ekoloji təsiri minimum həddədir.

Bu baxımdan da uzun illər neft və qaz kəmərlərinin çəkilişi ilə bağlı diskusiyalar, uzun müddətli müzakirələr, kimin razı, kimin narazı qalacağı kimi məsələləri həll etmək əvəzinə bu layihəni işə salmaq çox yaxşıdır. 

Xüsusilə də Xəzərin o tayındakı enerji ilə zəngin dövlətlər, əsasən də Türkmənistanla Qazaxıstan istehsal etdikləri ənənəvi və ya alternativ enerjisini elektrik enerjisinə çevirəcək və Azərbaycana, onun vasitəsilə ehtiyacı olan dövlətlərə satacaq”. 

Layihə gerçəkləşərsə...

Bunun daha tez başa gəldiyini söyləyən müsahibimizin sözlərinə görə, sözügedən layihənin hər bir ölkə üçün faydası çox böyükdür: 

“Hazırda bununla bağlı müzakirələr gedir və detalları məlum deyil. Əgər bu layihə gerçəkləşərsə, Azərbaycan bu məsələdə tranzit rolunu oynayacaq və Qazaxıstandan aldığı elektrik enerjisini ehtiyacı olan dövlətlərə satacaq”. 


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;- bəndinə uyğun olaraq hazırlanıb.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin