Dünya Bankı ilə energetika sahələrində əməkdaşlıq müzakirə olunub

Hazırda oxunan: Dünya Bankı ilə energetika sahələrində əməkdaşlıq müzakirə olunub

162182

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormier, eləcə də Bərabər İnkişaf, Maliyyə və İnstitutlar üzrə regional direktoru Əsəd Ələmlə görüşüb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, iqtisadiyyat naziri Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verildiyini, əlaqələrin çoxşaxəliliyini qeyd edib, Bank ilə investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, özəl sektorun diaqnostikası, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə uğurlu əməkdaşlığı vurğulayıb.

Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnfrastruktur üzrə regional direktoru Çarlz Kormier Bankın strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıqda maraqlı olduğunu deyib, Bank tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan layihələr barədə fikirlərini bölüşüb.
Görüşdə Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və infrastruktur, rəqəmsal inkişaf, energetika sahələrində əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin