“Xankəndi-Şuşa marşrutu üzrə elektrobuslardan İSTİFADƏ OLUNSUN” – TƏKLİF 

Hazırda oxunan: “Xankəndi-Şuşa marşrutu üzrə elektrobuslardan İSTİFADƏ OLUNSUN” – TƏKLİF 

160757

“Qarabağda şəhərlərarası, yəni Şuşa-Xankəndi, Şuşa-Füzuli, Xankəndi-Əsgəran, Xankəndi-Ağdam və digər marşrutlar üzrə xətlərə də elektrobuslardan istifadə etmək olar”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Tıxacı UNUDAQ? – Sumqayıt üçün elektrobus layihəsi hazırlanır


Onun sözlərinə görə, bu prosesin həyata keçirilməsi o qədər çətin deyil:  

“Artıq bununla bağlı müsbət siqnallar da var. Energetika nazirinin müavini Elnur Soltanov, bunun yaxın vaxtlarda reallaşma ehtimalı ilə bağlı müsbət fikirlər səsləndirib və Şuşa belə avtomobillərdən istifadə etməyin mümkün olduğunu söyləyib. Ona görə ki, Şuşada hər tərəfə piyada getmək mümkün olacaq. 

Ancaq elektromobilllərdən başqa digər avtomobillərin istifadəsinin qarşısının alınması ilə bağlı hələ də müvafiq qərar qəbul edilmir. Yaxşı olardı ki, sərnişinlər Şuşaya qədər ənənəvi maşınlarla gələ bilsələr də, şəhərin daxilində elektriklə işləyən avtobuslar vasitəsilə hərəkət etsinlər. Dövlət tərəfindən də elektromobillər üçün dotasiyalar və güzəştli kreditlərin ayrılması vacibdir. Bunu reallaşdırmaq o qədər də çətin olmaz”.

Müsahibimiz qardaş Türkiyədə bu təcrübədən istifadə olunduğunu diqqətə çatdırıb:

“İstanbul yaxınlığında “Böyük Adalar” adlı böyük bir turizm məkanı var. Burada daxiliyanma mühərrikli nəqliyyat vasitələrinin istifadəsi qadağandır”.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin