Azərbaycanın gələn il üçün icmal büdcəsinin gəlir və xərcləri AÇIQLANDI 

Hazırda oxunan: Azərbaycanın gələn il üçün icmal büdcəsinin gəlir və xərcləri AÇIQLANDI 

160719

Azərbaycanın 2024-cü il üçün nəzərdə tutulan icmal büdcəsinin gəlirləri və xərcləri ilkin variantla müqayisədə 419,4 milyon manat artırılıb. 

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Qərara əsasən, icmal büdcənin gəlirləri ilə bağlı proqnoz 38 milyard 578,1 milyon manatdan 38 milyard 997,5 milyon manata, büdcənin xərcləri ilə bağlı proqnoz isə 41 milyard 956,8 milyon manatdan 42 milyard 376,2 milyon manata çatdırılıb.
Son nəticədə büdcədə 3 milyard 378,7 milyon manat kəsir yaranmalıdır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin