Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana avtomobil idxalında kəskin artım baş verib.
Bizim.Media Dövlət Gömrük Komitəsinin 9 aylıq hesabatına əsasən bildirir ki, bu dövrdə ölkəyə 1 milyard 207 milyon 206 min dollar dəyərində 72 min 883 ədəd avtomobil (nəqliyyat vasitələri) idxal olunub.
Bu da onu göstərir ki, idxalda dəyər ifadəsilə 62,2%, miqdar ifadəsilə 32% artım baş verib.
Ötən ilin eyni dövründə isə ölkəyə idxal olunan avtomobillərin maliyyə dəyəri 743 milyon 966 min dollar, sayı isə 55 min 199 ədəd təşkil edib.
Cari ildə idxal olunan avtomobillərin böyük hissəsi sərnişin daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri təşkil edib ki, onların da sayı 67 453 ədəd, maliyyə dəyəri isə 1 milyard 091 milyon 749.36 min dollar olub.
Ölkəyə daxil olan nəqliyyat vasitələri arasında sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş avtomobillər var ki, onların sayı 89 ədəd, maliyyə dəyəri isə 5 milyon 976.77 min dollar həcmindədir.
Qeyd edək ki, ölkəyə daxil olan həm yanacaqla, həm də elektriklə işləyən avtomobillərin sayında da artım baş verib. Belə ki, əgər 2022-ci ilin eyni dövründə ölkəyə gətirilən bu avtomobillərin sayı 8 999 ədəd, maliyyə dəyəri isə 105 milyon 379.27 min dollar idisə, cari ildə bu say 10 604 ədədə, maliyyə dəyəri isə 253 milyon 158.16 min dollara yüksəlib.
Bu rəqəmlərdən aydın olur ki, bir ildə onların sayında 1606 ədəd və ya 15.14 faiz, maliyyə dəyərində isə 147 milyon 778,89 min dollar və ya 58,38 faiz artım baş verib.
Yalnız elektrikli mühərriklə işləyən nəqliyyat vasitələrinin sayında da kəskin artım baş verib. Belə ki, onları sayı 301 ədəd, maliyyə dəyəri isə 10 milyon 142.68 min ədəd təşkil edirdisə, cari ildə bu say 2 118 ədədə, maliyyə dəyəri isə 85 milyon 882.07 min dollara yüksəlib. Bir sözlə, bir ildə sayda birdən-birə 1817 ədəd və ya 85,79 faiz, maliyyə dəyərində isə 75 milyon 739,39 min dollar və ya 88,19 faiz artım qeydə alınıb.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:49 / 16.10.2023
Azərbaycana idxal olunan elektrikli avtomobillərin sayı KƏSKİN ARTDI – HESABAT
Hazırda oxunan: Azərbaycana idxal olunan elektrikli avtomobillərin sayı KƏSKİN ARTDI – HESABAT
Hazırda oxunan: Azərbaycana idxal olunan elektrikli avtomobillərin sayı KƏSKİN ARTDI – HESABAT
160118
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.