Qarabağ və Şərqi Zəngəzurda 12 yarımstansiya istismara VERİLİB 

Hazırda oxunan: Qarabağ və Şərqi Zəngəzurda 12 yarımstansiya istismara VERİLİB 

160032

Bu günə kimi "Azərenerji" ASC Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikərək istismara verib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib. 

Onun sözlərinə görə, 700 kilometrdən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 % enerji çatdırılıb:

“Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub”. 

B. Rzayev qeyd edib ki, bu il sentyabrın 20-də həyata keçirilən antiterror tədbirlərindən cəmi 4 gün sonra Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib:
“Artıq Xankəndi və ətraf ərazilərdə Azərbaycan işığı yanır. Hazırda "Azərenerji" tərəfindən sözügedən ərazilərdəki elektrik stansiyaları və yarımstansiyalarda təmir-bərpa işləri həyata keçirilir”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin