E.Rüstəmov: "Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur"

Hazırda oxunan: E.Rüstəmov: "Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur"

1597

Bir çox ölkədə karantin rejiminin sərtləşdirilməsi neftə tələbatın davamlı bərpasına mane olur.

Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun özlərinə görə, "Brent" markalı neftin orta qiyməti sentyabr-oktyabr aylarında 42 ABŞ dollar olub.

"İlin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli olaraq qalır. Bu da strateji valyuta ehtiyatların qorunmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur və bu, ÜDM-in 100% səviyyəsini üstələyir", - deyə E. Rüstəmov qeyd edib.

O əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən artmaqda davam edib və artım 3,4% təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin