Avropa İttifaqının borcu 2026-cı ildə 900 milyard avroya çatacaq

Hazırda oxunan: Avropa İttifaqının borcu 2026-cı ildə 900 milyard avroya çatacaq

159510

Pandemiyadan sonra iqtisadiyyatın bərpası və Ukraynaya dəstək üçün aktiv vəsaitin cəlb olunması nəticəsində Avropa İttifaqının borcu üç ildən sonra 900 milyard avroya çatacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Financial Times” qəzeti yayıb.

Aİ nümayəndəsinin sözlərinə görə, Brüssel qısa müddətdə borc bazarında “əsl oyunçuya” çevrilib. Hazırda onun borcu 450 milyard avrodur ki, bu da 2020-ci ildə qeydə alınan göstəricidən doqquz dəfə çoxdur.
İqtisadiyyatın bərpası və dayanıqlı inkişaf üzrə plan pandemiyanın mənfi nəticələrinin aradan qaldırılmasına, həmçinin “Avropanın yaşıl və rəqəmsal keçidinə” yönəlib. Lakin onun reallaşdırılması üçün 800 milyard avro lazımdır.

Avropa İttifaqının üzərinə götürdüyü öhdəliyə əsasən, Brüssel 2028-ci ildən borcları bağlamağa başlamalıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin