Bu ilin yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 34 363,3 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% azalıb.
Bu barədə Bizim.Media Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 32 382,7 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 2,3% azdır.
Məlumata əsasən, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 22 513,8 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 26 868,8 mln. kubmetr təşkil edib.
“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8% azalıb, əmtəəlik qaz hasilatı isə 4,6% artıb”, - hesabatda qeyd olunur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda cəmi 22 603,5 min ton neft (7,7% azalma) və 35 900,7 mln. kubmetr qaz (4,4% artım) hasil edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:02 / 12.10.2023
Azərbaycanda bu il 32 milyard manatlıq neft və qaz hasil EDİLİB
Hazırda oxunan: Azərbaycanda bu il 32 milyard manatlıq neft və qaz hasil EDİLİB
Hazırda oxunan: Azərbaycanda bu il 32 milyard manatlıq neft və qaz hasil EDİLİB
159498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.