2021-ci ildə Azərbaycanda inflyasiya gözlənilirmi?- AMB sədrindən açıqlama

Hazırda oxunan: 2021-ci ildə Azərbaycanda inflyasiya gözlənilirmi?- AMB sədrindən açıqlama

1593

Bu ilin nəticələrinə görə, Azərbaycanda inflyasiya 2,8-3%, 2021-ci ildə isə 3,6-4% diapazonunda qalacağı gözlənilir.

Bizim.Media bildirir ki,  Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun sözlərinə görə, qeyd olunan proqnoz horizontunda inflyasiyanın dinamikası monetar şəraitlə yanaşı, əhəmiyyətli dərəcədə fiskal siyasətin reallaşmasından asılı olacaq:

"Dünya iqtisadiyyatının resessiyasının pik nöqtəsindən çıxması prosesi çox ləng gedir. Bu da dünya əmtəə və maliyyə bazarlarına neqativ təsir edir.

Beynəlxalq Valyuta Fondu oktyabrda dünya iqtisadiyyatı üzrə verdiyi yeni proqnoza görə, 2020-ci ildə qlobal iqtisadiyyatda 4,4% azalma gözlənilir. Lakin dünyada epidemioloji vəziyyətin yenidən pisləşməsi və milli hökumətlərin qəbul etdiyi məhdudlaşdırıcı tədbirlər nəticəsində bu proqnozun reallaşmasına mənfi təsir göstərə bilər", - deyə E. Rüstəmov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin