Pomidorun qiyməti bu tarixdən UCUZLAŞACAQ – AÇIQLAMA 

Hazırda oxunan: Pomidorun qiyməti bu tarixdən UCUZLAŞACAQ – AÇIQLAMA 

159220

Son günlər Azərbaycanda pomidorun qiyməti nəzərəçarpacaq həddə bahalaşıb. Sürətlə və qəfil bahalaşan pomidor sanki qızıla dönüb. Ölkə bazarlarında, iri supermarket şəbəkələrində pomidorun 1 kq-ı 4-5 manat arasında dəyişir. Açıq bazarlarda isə qiymət 3-4 manat civarında təklif olunur. 

Halbuki pomidorun qiyməti ən son 80 qəpik – 1 manat arasında təklif olunurdu. Bir gecədə sürətlə bahalaşan bu məhsulun qiymətinin artması müxtəlif səbəblərlə izah olunur. Əsas səbəb olaraq isə qəfil yağıntıların başlanması və məhsuldarlığın azalması gətirilir. 

Qeyd edək ki, Azərbaycanda pomidorun qiymətində artım yalnız qış aylarında müşahidə olunurdu. Bu il isə bu proses tezləşib. Bəzi ekspertlərin fikrincə, pomidorun sürətlə bahalaşması məhsulun Rusiyaya daşınmasıdır. 

Bəs, əsl səbəb nədir? 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli bahalaşmaya bir neçə səbəb göstərib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


O, deyib ki, səbəblərdən biri yağışların başlanması və açıq sahələrdə pomidorlarların toplanmasının mümkünsüzlüyü olsa da, əsas səbəb başqadır:

“Təkcə yağış faktoru üzərində dayansaq səhv etmiş olarıq. Çünki yağıntılar davamlı getmədi. Ölkədən Rusiyaya pomidor daşınması da yeni məsələ deyil. Bu, həmişə olub və müsbət cəhətdir. Pomidor ixracı nə qədər artsa, ölkəyə bir o qədər sərmayə gətirər.

Məsələ burasındadır ki, pomidor Ruiyada Azərbaycandakından xeyli ucuzdur. Bu da onunla izah olunur ki, Azərbaycanda pomidor sahələrinin becərilməsi ildən-ilə bir qrup inhisarçılar tərəfindən nəzarətə götürülüb. 

Salyan, Xaçmaz, Ağdaş və bir neçə rayonda böyük fermerlər var. Mərkəzləşdirilmiş şəkildə geniş tarlalarda pomidor əkini ilə məşğul olurlar. Onlar həm də ölkəyə pomidor toxumları idxalı ilə məşğul olurlar. 

O toxumlar seleksiya olunmuş toxumlardır ki, onlar yüksək məhsuldarlıq verməsi üçün xüsusi aqtexniki qaydada becərilməlidir. İndiki pomidir növlərinə mütləq kökdənkənar yenilənmə verilir. Xüsusi pereparat və yarpaqları vasitəsilə qidalandırılır. Bu yollarla inhisarlaşan pomidorun qiymətlərini müəyyən etmək çox asandır. Yəni istədikləri vaxt çox asanlıqla qiyməti qaldırırlar”.

Ekspertin fikrincə, Azərbaycanda pomidorun qiyməti istənilən an sıçrayışla arta bilir:

“Fermerlərin birbaşa Bakıda bazarlara gəlməsi və pomidor satmaları mümkün deyil. Məsələn, 8-ci kilometr bazarına Salyan fermerləri pomidor gətirib sata bilməzlər.

Hamı Meyvəli deyilən əraziyə gəlir, pomidor satan böyük şirkətlər isə məhsulu oradan alır. Yəni, bu ticarət bir növ tək əldə cəmləşdirilib. 

Hesab edirəm ki, istixana məhsulları çıxana qədər bu proses davam edəcək. İstixana mövsümü başlayanda məhsul bollaşacaq. Onda qiymətlər təxminən 2-3 manat arasında, qış mövsümünə uyğun olaraq sabitləşəcək. Hazırda istixanalar da eynilə bir neçə fermerin əlində cəmləşib. 3-4 il əvvəl başlayan bi proses indi də bəhrəsini verir”.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin