“Varlı insanların çox böyük əmlak və villalarından yüksək vergi tutulmalıdır. Azərbaycanda bu məsələ ilə bağlı heç bir fərq qoyulmur. Kasıbın daxmasından da, varlının villasından da eyni vergi tutulur. Ədalətsizdir...”
Bu təkliflə Bizim.Media-ya iqtisadçı-hüquqşünas Əkrəm Həsənov çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Vergiödəyicilərinin vəsaiti uçotdan gizlədilsə nə baş verər?
Onun sözlərinə görə tutulan vergi hesabına insanların pensiyasını artırmaq lazımdır:
“Bu yol var. Amma nədənsə bunun üstündən keçirlər. Dövlətdən və ya məmurlardan pensiyanın artırılmasını soruşanda “pul yoxdur” deyirlər. O pulun yerini isə göstərirəm. Hansı ailənin bir neçə torpağı, evi varsa, artıq onlardan hamı kimi yeni vergi tutulmamalıdır. Hətta o evlər və torpaqlar villa deyilsə belə...
Çox böyük villa sahiblərindən, hansı ki, bağında xeyli sayda fəhləsi, bağbanı, hətta qanunsuz olaraq xaricdən gətirdiyi işçisi fəaliyyət göstərir. Onlardan isə yüksək vergi - ildə 20-30 min manat tutulmalıdır. Amma bu məsələdə ictimai nəzarət olmalıdır.
Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri açıq və şəffaf olmalıdır. İnkişaf etmiş ölkələrdə Reyestrə daxil olan kimi hansı əmlakın kimə məxsus olduğu barədə məlumat çıxır.
Nəinki əmlakı, evinin və hyətinin planını da görürsən. İndiyə kimi heç bir deputat və ya məmur deyə bilmir ki, niyə Reyestrdə hər şey açıq deyil?”
Alçina Amilqızı, Bizim.Media