Əlverişli makroiqtisadi göstəricilərə dair məlumat gəlsə, uçot dərəcəsi yaxın gələcəkdə arıtırıla bilər.
Moderator.az -ın Bloomberg-ə istinadən məlumatına görə, bu sözləri xa0ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Canet Yellen ABŞ Konqresinin Birləşmiş İqtisadi Komitəsində çıxışı zamanı deyib.
Bildirilir ki, bu Donald Trampın ABŞ-da prezident seçkilərində qalib gəlməsindən sonra Yellenin uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı ilk şərhi idi.xa0
Yellen qeyd edib ki, ötən həftəki görüşdə FES-in açıq bazarında əməliyyatlar üzrə Federal komitet uçot dərəcəsinin artırılmasının zəruriliyini vurğulayıb.
O əlavə edib ki, bir sıra indikatorlar, o cümlədən məşğulluğun və inflyasiyanın xa0səviyyəsi hədəflənən səviyyəyə çatmaqdadır.
“Uçot dərəcəsinin artımına səbəb olacaq amillər artıq xeyli güclənib”x9d, - deyə C. Yellen bildirib.
































































































