Cari ilin yanvar-avqust aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 20 milyard 372,8 milyon manata çatıb.
Bizim.Media Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 11 milyard 262,4 milyon manata çatıb.
Qeyri-ərzaq məhsullarının həcmi isə 5,2 faiz artaraq 9 milyard 110,4 milyon manata bərabər olub.
İstehlak məhsullarının 35,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
08:54 / 07.10.2023
Bakıda ticarət dövriyyəsinin həcmi 20 milyard manatı ÖTDÜ
Hazırda oxunan: Bakıda ticarət dövriyyəsinin həcmi 20 milyard manatı ÖTDÜ
Hazırda oxunan: Bakıda ticarət dövriyyəsinin həcmi 20 milyard manatı ÖTDÜ
158709
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.