Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet trafikini nəzarətə götürdü - FOTO

Hazırda oxunan: Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet trafikini nəzarətə götürdü - FOTO

15756

Sonuncu sövdələşmə nəticəsində azərbaycanlı iş adamı Nəsib Həsənov “Caucasus online” (“Qafqaz online”) provayderinin 100%-lik sahibi olub.

Bizim.Media haqqın.az saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

“Business Formula” xəbər verir ki, “Caucasus online” əsas internet rabitə kanalının sahibi Xviç Makasariya nəzarət payını (51%) Azərbaycanın “Nexol Holding” şirkətinə satıb. Səhmlərin 49% -i isə hələ 2019-cu ildən etibarən Azərbaycan şirkətinə məxsus olub.

 

MÖVZU İLƏ BAĞLI:

Nazirlikdən bayram günlərində poçt, internet və mobil rabitə ilə bağlı tapşırıq


Və bu halda müqavilə Milli Rabitə Komissiyası ilə razılaşdırılmamışdı, buna görə tənzimləyici bir neçə dəfə şirkətdən səhmləri əvvəlki vəziyyətinə qaytarmasını xahiş etmişdi.

Sonuncu sövdələşmə nəticəsində isə azərbaycan iş adamı Nəsib Həsənov 100% “Caucasus online” şirkətinin sahibi olub.

Qeyd edək ki, Gürcüstan şirkəti olan “Caucasus online” Qara dənizin dibi ilə Gürcüstandan Bolqarıstana qədər uzanan optik kabelin operatorudur. Bu optik kanal Avropa ilə Cənubi Qafqaz birləşdirən ən böyük İnternet trafik kanalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin