Norveç "müharibənin növbəti qışından" sağ çıxmaq üçün Ukraynaya 92 milyon dollar ayıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə CNN Norveç hökumətinin bəyanatına istinadən məlumat yayıb.
Maliyyələşdirmə ən həssas təbəqələrə, uşaqlara, qaçqınlara və köçkünlərə mənzil, qida, su, təhsil, səhiyyə və psixoloji dəstək kimi həyat xilasedici yardımların göstərilməsi üçün istifadə olunacaq. Norveçin xarici işlər naziri Anniken Huitfeldt, deyib ki, Rusiyanın qəddar hərbi hərəkətləri Ukraynanın mülki əhalisinə böyük əzab verir.
"Ukraynalılar növbəti müharibə qışından sağ çıxmaq üçün bizim köməyimizə ehtiyac duyurlar", - o əlavə edib.
Yardım BMT və Qırmızı Xaç tərəfindən Ukrayna üçün yaradılmış mövcud proqramlar çərçivəsində bölüşdürüləcək. NATO-nun qurucu dövlətlərindən olan Norveç daha əvvəl Ukraynaya F-16 döyüş təyyarələri göndərdiyini açıqlamışdı. Oslo həmçinin ölkənin qaz və elektrik təchizatını təmin etmək üçün zenit raketləri, minalardan təmizləmə dəstləri və əlavə vəsait bağışlayıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
04:27 / 27.09.2023
Norveç Ukraynaya 92 milyon dollar AYIRACAQ
Hazırda oxunan: Norveç Ukraynaya 92 milyon dollar AYIRACAQ
Hazırda oxunan: Norveç Ukraynaya 92 milyon dollar AYIRACAQ
157116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.