Azərbaycan hökuməti türk iş adamlarını Qarabağ və Şərqi Zəngəzurda investisiya imkanları ilə tanış olmağa dəvət edib.
Bizim.Media xəbər verir ki, hökumətin çağırışını kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda səsləndirib.
"2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin yüksək iradəsi və rəşadətli ordumuzun əzmkarlığı sayəsində Azərbaycan 30 il işğal altında olan torpaqlarını azad edib. Bu qələbə həm də türk dünyasının qələbəsi olaraq türk birliyinin etno-siyasi coğrafiyasını bərpa edib. İşğal dövründə həmin ərazilər tamamilə dağıdılaraq yararsız hala salınıb.
Məscidlər, mədrəsələr, digər tarix-mədəniyyət abidələri və evləri dağıdılıb, ərazilər minalanıb. Hal-hazırda həmin ərazilərdə böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, “ağıllı şəhər”lər və “ağıllı kənd”lər salınır", - deyə o qeyd edib.
"Prezident İlham Əliyevin “yaşıl enerji zonası” elan etdiyi işğaldan azad olunan ərazilərimiz böyük aqrar potensiala malik olmaqla, 128 min hektar kənd təsərrüfatına yararlı torpaqlara sahibdir.
İndi bizim əsas məqsədimiz həmin ərazidəki digər kənd təsərrüfatına yararlı torpaqları minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal,ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaqdır.
Təbii ki, biz bu işləri siz – iş adamları ilə birgə görmək niyyətindəyik və buna görə sizi Qarabağ və Şərqi Zəngəzurda investisiya imkanları ilə yaxından tanış olmağa dəvət edirəm. Gözləntimiz odur ki, türk birliyindən olan iş adamları sıx əməkdaşlıq quraraq ölkələrimizin sahib olduğu ən yaxşı təcrübə və texnologiyaları işğaldan azad olunmuş ərazilərdə tətbiq etsinlər", - deyə nazir əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:12 / 26.09.2023
Türk iş adamları Qarabağ və Şərqi Zəngəzura investisiya yatıracaq?
Hazırda oxunan: Türk iş adamları Qarabağ və Şərqi Zəngəzura investisiya yatıracaq?
Hazırda oxunan: Türk iş adamları Qarabağ və Şərqi Zəngəzura investisiya yatıracaq?
157011
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.