Azərbaycanda problemli kreditlərin məbləği 19 % azalıb

Hazırda oxunan: Azərbaycanda problemli kreditlərin məbləği 19 % azalıb

156995

Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 534,3 milyon manat təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 8 % çoxdur.

Bununla belə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 10 %, son 1 ildə isə 19 % azalıb.

Bu il avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,4 % təşkil edib. Bu nisbət iyulun sonuna 2,2 %, ötən ilin sonuna 2,9 %, ötən il avqustun sonuna isə 3,4 % olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin