Yeni 5 qəpiklərin tədavülə buraxılması zərurəti nədən yaranıb? - VİDEO

Hazırda oxunan: Yeni 5 qəpiklərin tədavülə buraxılması zərurəti nədən yaranıb? - VİDEO

156984

Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılıb. 

Bizim.Media xəbər verir ki, pul nişanının arxa tərəfində  yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub. Digər dizayn elementləri və texniki parametrləri isə hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Bəs görəsən 1,3,5 qəpiklər keçmişdə olduğu kimi indi də dəyərlidirmi? 

Keçirilən sorğundan belə  nəticəyə gəlmək olar ki, bu pul nişanlarından istfadədə  vətəndaşların fikri eyni deyil. Kimisi ümumiyyətlə  5 qəpik götürmür, kimisi isə  1 qəpiyindən də keçmir.

Vətəndaş Yusif Qazıyev deyir ki, manatı manat edən elə  qəpikdir. Bu səbəbdən də  qəpiyimizin dəyərini bilməliyik.

Qeyd edək ki, yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Daha ətraflı videomaterialda:

 



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin