İğdır-Naxçıvan kəmərinin TARİXİ ÖNƏMİ – Muxtar Respublikanın İrandan qaz asılılığına SON QOYULUR

Hazırda oxunan: İğdır-Naxçıvan kəmərinin TARİXİ ÖNƏMİ – Muxtar Respublikanın İrandan qaz asılılığına SON QOYULUR

156863

“Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası uzun illər blokadada yaşayıb və təbii resurslarla təminatı İran üzərindən həyata keçirilib. Bu da Azərbaycandan Naxçıvana gedən və Ermənistan ərazisindən keçən bütün yolların və kommunikasiya xətlərinin bağlanması ilə əlaqədar olub”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Naxçıvana niyə GƏLİR? - Səfər proqramı AÇIQLANDI


Onun sözlərinə görə, artıq İran üzərindən keçən bu xətlərlə bağlı yeni alternativlərə ehtiyac yaranıb:

“Ona görə ki, Naxçıvanın davamlı şəkildə enerji daşıyıcıları ilə təmin olunması üçün bu xətlər artıq yetərli deyil. Buna görə qardaş Türkiyə ilə aparılan danışıqlar nəticəsində ilk növbədə Naxçıvanın həm elektrik xətləri ilə birləşdirilməsi, həm də İğdırdan boru kəməri vasitəsilə qazla təminatı mümkün olacaq ki, bu da Azərbaycana daha rahatdır. Ona görə ki, biz Türkiyəyə qaz veririk. Əgər Ankara hökuməti bundan Naxçıvana hansı həcmdə qaz ötürəcəklərsə, Bakı hökuməti bunu qardaş ölkəyə satdığı qazın həcmindən çıxacaq. 

Bu da dövlətimiz üçün rahat hesablama qaydaları yaradacaq, həm də Azərbaycanı əlavə xərclər ödəməkdən xilas edəcək. Üstəlik, Naxçıvanın sabit və stabil şəkildə təbii qazla təmin olunmasında İğdır-Naxçıvan xətti mühüm rol oynayacaq”.  

Müsahibimiz, yeni xəttin daha sərfəli olduğunu diqqətə çatdırıb:

“Ona görə ki, İran üzərindən qaz və elektrik enerjisinin verilməsi üçün Tehran əlavə xərclər də tələb edirdi. Artıq həm buna ehtiyac qalmayacaq, həm də asılılıq azalacaq və 0 (sıfır) səviyyəsinə düşəcək. Azərbaycanın Naxçıvanın təminatını həyata keçirməsi üçün bir ölkədən asılı olması doğru deyil”. 

Məlumdur ki, yeni xəttin çəkilişi ilə əlaqədar Naxçıvanın İrandan qaz asılılığı da başa çatır. Bu baxımdan İran yeni xəttə qarşı da aqressiv siyasət həyat keçirə bilərmi?

Bu məsələnin Azərbaycanın suveren hüquqalarına aid olduğunu söyləyən ekspert, buna görə İranın hansısa addımlar atmasının məntiqsiz olduğunu qeyd edib:

“Dövlətimiz öz ərazilərində istənilən kommunal xidmətlərlə və enerji təminatı ilə bağlı qərar vermək hüquq vardır. Bunun İranın daxili işlərinə, yaxud da biznes maraqlarına heç bir aidiyyəti yoxdur. Ona görə ki, İranla bağlanmış ticarət müqaviləsində bununla bağlı hansısa müddəa daxil edilməyib. İran transit ölkəsi kimi iştirak edirdi, amma müəyyən məbləğdə qazanc əldə edirdi. Bundan sonra artıq onlara ehtiyac da qalmayacaq”. 

Qeyd edək ki, Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana işgüzar səfərə gələcək. Səfər çərçivəsində dövlət başçıları arasında keçiriləcək görüşlərdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə olunacaq, eyni zamanda  İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimi baş tutacaq.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin