Ölkəmiz gələn il 2 milyard manata yaxın borc alacaq

Hazırda oxunan: Ölkəmiz gələn il 2 milyard manata yaxın borc alacaq

156324

Azərbaycan 2024-cü ildə dövlət büdcəsinin 2 590 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.

Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borclanma 1 854,4 milyon manat nəzərdə tutulur ki, bü da kəsrin 71,6 %-ni təşkil edəcək.

Bundan başqa, kəsirin 2024-cü ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 448 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına 105 milyon manat, "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı hesabına 182,6 milyon manat (həmin Fondun kəsirinin bağlanması daxilində) olmaqla maliyyələşdirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin