Mərkəzi Bank uçot dərəcəsini DƏYİŞMƏDİ – İnflyasiya ARTACAQ?

Hazırda oxunan: Mərkəzi Bank uçot dərəcəsini DƏYİŞMƏDİ – İnflyasiya ARTACAQ?

156253

“Uçot dərəcəsinin dəyişməyəcəyi əvvəlcədən bəlli idi. Ona görə ki, AMB-nın sədri Taleh Kazımov bu yaxınlarda bildirdi ki, uçot dərəcələrinin dəyişməsinin Azərbaycan heç bir təsiri yoxdur. Olsa da, elə də ciddi deyil”.

Bu fikirləri Bizim.Media-ya açıqlayan bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənli, Mərkəzi Bankın bu qərarının gözlənilən olduğunu bildirdi:

Hazırda ölkədə inflyasiyanın mövcud olduğunu söyləyən hüquqşünas qeyd etdi ki, buna görə uçot dərəcəsi artırılmalıdır:

“Bu, son illər ölkəmizdə səmərəli işləmir. Ona görə, bütün kommersiya banklarının Mərkəzi Bankın kreditlərinə çıxışı yoxdur. BOKT-ların isə ümumiyyətlə yoxdur. Halbuki, qanunvericilikdə bununla bağlı bəzi hüquqlar göstərilib.

Digər məsələ isə odur ki, Azərbaycana əsas mal və məhsullar xaricdən gəlir. Onların qiyməti daxildə deyil, idxalçı ölkədə müəyyən olunur. 

Buna görə də faiz dərəcələri inflyasiyaya təsir etmir. T.Kazımov da fikrini buna əsaslanaraq səsləndirib. Bu baxımdan da ilin sonuna yaxın faiz dərəcələrinin artırılmasının heç bir əhəmiyyəti yoxdur”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 9 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib və faiz dəhlizinin aşağı həddi 7,5 faiz, yuxarı həddi isə 10 faiz səviyyəsində saxlanılıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin