Bu ilin yanvar-iyun aylarında Azərbaycan regionlarında əsas kapitala investisiyalar 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artıb.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" (tvitter) hesabında yazıb.
Nazir qeyd edib ki, regionlarda əsas kapitala yatırılan investisiyaların həcmi 3,1 milyard manat təşkil edib.
Bizim.Media