Qiyməti 15 min manatdan çox olan zinət əşyaları nağdsız SATILACAQ 

Hazırda oxunan: Qiyməti 15 min manatdan çox olan zinət əşyaları nağdsız SATILACAQ 

155308

Azərbaycanda ümumi məbləği 15 min manatdan çox olan qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. 

Dəyişikliklə 30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli qanun ilə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilərək qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçirilməsi təsbit edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin