İpoteka faizləri ilə bağlı REAL MƏNZƏRƏ – Azərbaycanda şərtlər MDB ölkələrindən ƏLVERİŞLİDİR?

Hazırda oxunan: İpoteka faizləri ilə bağlı REAL MƏNZƏRƏ – Azərbaycanda şərtlər MDB ölkələrindən ƏLVERİŞLİDİR?

155179

MDB ölkələri ilə müqayisədə Azərbaycanda vətəndaşlar üçün daha əlverişli ipoteka krediti şərtləri tətbiq olunur.

Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun rəsmi saytında bununla bağlı yayımlanan məlumatda MDB ölkələri arasında müqayisə aparılıb.

Qeyd edilib ki, Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1%, orta faiz isə 7,4% təşkil edir. Qazaxıstanda bu faiz dərəcələri 13%-dən başlayır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ipoteka kreditlərinə tələb 23 % artıb


Qeyd edək ki, hazırda İKZF-nun təklif etiyi ipoteka kreditləri üçün illik 8 faiz dərəcəsi müəyyən olunub.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan maliyyə məsələləri üzrə ekspert Pərviz Heydərov, İKZF-nun açıqladığı məlumatda müəyyən həqiqətlərin olduğunu bildirib:

“Həqiqətən də ölkəmizdə bu faiz dərəcələri digər MDB ölkələri ilə müqayisədə daha əlverişlidir.

Amma söhbət bizdə ipoteka kreditlərinin şərtlərindən gedirsə, o zaman aparılan müqayisə faiz dərəcələri ilə bitməməlidir. 

Hətta həm ölkəmizdə, həm də MDB-də vətəndaşların ipoteka kreditlərinə çıxış imkanları, ilkin ödəniş və digər məqamlar da araşdırılmalı və açıqlanmalıdır”.

Ekspert qeyd edib ki, Azərbaycanda hələ də bu sahədə atılmalı olan addımlar kifayət qədər çoxdur:

“Ona görə ki, vətəndaşların, xüsusən gənc ailələrin bu kreditlərə çıxış imkanları zəifdir, hər gənc bu kreditləri əldə edə bilmir. Yaxşı olardı ki, ya Mərkəzi Bank, ya digər banklar, ya da hökumət tərəfindən müəyyən mexanizmlər hazırlansın və lazımi addımlar atılsın.

Ölkəmizdə sosial mənzillərin tikintisi ilə də əlaqədar bəzi layihələr həyata keçirilir. Eyni zamanda, ipoteka kreditlərinin daha geniş yayılması və daha sərfəli şərtlərlə verilməsi istiqamətində müəyyən addımlar atılır.
Bununla belə, ilkin mənzil tikintisi və bazarı ilə əlaqadar görülməli işlər çoxdur”.

Rövşən Ziya, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin