Azərbaycanda bu il 29 milyard manatlıq neft və qaz hasil edilib

Hazırda oxunan: Azərbaycanda bu il 29 milyard manatlıq neft və qaz hasil edilib

155090

Bu ilin yanvar-avqust aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 30,9 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2% azalıb.

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
 



MÖVZU İLƏ BAĞLI:

Azərbaycan nefti BAHALAŞDI 
 


Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 29 211,5 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 1,9% azdır.

Məlumata əsasən, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 20 147,6 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 24 142,3 mln. kubmetr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 5,3% artıb”, - hesabatda qeyd olunur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda cəmi 20 229,9 min ton neft (7,5% azalma ) və 32 199,6 mln. kubmetr qaz (5% artım) hasil edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin