Azərbaycan Mərkəzi Bankı (AMB) Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası ilə ölkənin özəl sektoruna investisiyaların cəlb edilməsi və yerli bankların gələcək maliyyələşdirilməsi məsələsini müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov özünün “Twitter” (hazırki "X") hesabında məlumat verib.
"Bu gün Mərkəzi Bankda Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının baş icraçı direktoru, Hani Salem Sonbolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.
Görüş zamanı Azərbaycanda özəl sektorun, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, həmçinin kommersiya bankları ilə əməkdaşlığın gücləndirilməsi sahəsində birgə fəaliyyət imkanlarını müzakirə etdik.
Ölkənin özəl sektoruna investisiyaların cəlb edilməsi və bankların gələcək maliyyələşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi apardıq", - deyə T. Kazımov qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
06:19 / 14.09.2023
Mərkəzi Bank İslam Korporasiyası ilə bankların maliyyələşdirilməsini müzakirə edib - FOTO
Hazırda oxunan: Mərkəzi Bank İslam Korporasiyası ilə bankların maliyyələşdirilməsini müzakirə edib - FOTO
Hazırda oxunan: Mərkəzi Bank İslam Korporasiyası ilə bankların maliyyələşdirilməsini müzakirə edib - FOTO
155073
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.