Cari ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1,2% artaraq 20 milyard 431,2 milyon manat təşkil edib. 
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. 
 
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan əhalisinin gəlirləri 14 %-dən çox artıb
Bildirilib ki, bu ilin ilk 8 ayında büdcənin xərcləri isə 13,8% artaraq 20 milyard 649,7 min manata yüksəlib və büdcədə 218,5 milyon manat kəsir yaranıb.  
Qeyd edək ki, ötən ilin eyni dövründə büdcədə 2 milyard 32,9 milyon manat profisit olub. 
Bizim.Media































































































