BP-nin qlobal hasilatının 7 %-i Azərbaycanın payına düşür

Hazırda oxunan: BP-nin qlobal hasilatının 7 %-i Azərbaycanın payına düşür

154966

Britaniyanın BP şirkətinin Azərbaycanda hasil etdiyi neft onun dünyada çıxardığı neftin 7 %-ni təşkil edir.

Bizim.Media xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı Azərbaycan Energetika Nazirliyinin Heydər Əliyevin 100 illiyi münasibəti ilə jurnalistlər üçün Səngəçal terminalına təşkil etdiyi press-tur çərçivəsində deyib.

T.Bayatlı bildirib ki, təmsil etdiyi şirkət "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan bu vaxta qədər 168 milyard ABŞ dolları xalis mənfəət əldə edib.

BP rəsmisi həmçinin təmsil etdiyi şirkətin Azərbaycandakı layihələrdə 30 % civarında paya malik olduğunu qeyd edib:

"Bu vaxta qədər BP və onun tərəfdaşları Azərbaycan, Gürcüstan və Türkiyə üzrə həyata keçirilən layihələrə 84 milyard ABŞ dolları investisiya yatırıb. Cənub Qaz Dəhlizinin ümumi investisiya dəyəri 45 milyard ABŞ dolları proqnozlaşdırılsa da, nəticədə 34 milyard ABŞ dollara başa gəldi".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin