“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 sentyabr 2023-cü il tarixinədək bueadan 622,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hesabat dövründə AÇG-dən 579 milyon ton neft, “Şahdəniz”dən isə 43,2 milyon tona yaxın kondensat çıxarılıb.
“Bundan 01 sentyabr 2023-cü il tarixinədək 620,2 milyon tonu ixraca nəql edilib”, - məlumatda qeyd olunur.
Məlumata görə, 2023-cü ilin yanvar-avqust ayları üzrə ölkədə 20,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 12,1 milyon tonu AÇG-nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 90 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,2 milyon ton təşkil edib.
“Hesabat dövründə 17 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15 milyon tonu konsorsiumun, 2 milyon tonu isə SOCAR-ın payına düşüb”, - məlumatda bildirilir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:06 / 12.09.2023
Azərbaycanda nə qədər neft HASİL EDİLİB?
Hazırda oxunan: Azərbaycanda nə qədər neft HASİL EDİLİB?
Hazırda oxunan: Azərbaycanda nə qədər neft HASİL EDİLİB?
154822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.