2023-cü ilin II rübündə Azərbaycanın kommersiya banklarının biznes kreditləşməsi üzrə siyasətlərində yumşalma qeydə alınsa da, ipoteka və istehlak kreditləşməsində fərqli nəticələr müşahidə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri”nə dair hesabatında əks olunub.
Qeyd edilir ki, II rübdə İKZF vəsaiti və bankların daxili resursları hesabına verilən ipoteka kreditləri üzrə kredit siyasətində əhəmiyyətli dəyişiklik müşahidə edilməyib. İstehlak kreditlərinin təsdiqi standartlarının yumşalmasında isə səngimə nəzərə çarpıb.
Bu rübdə hər üç istiqamət üzrə tələb ciddi şəkildə artıb. Banklar biznes kreditləri üzrə siyasətdə əhəmiyyətli dəyişikliyin olmayacağı qənaətindədirlər. Buna baxmayaraq, 2023-cü ilin III rübündə biznes kreditlərinə tələbin artımı proqnozlaşdırılır.
Eyni zamanda, İKZF hesabına veriləcək kreditlərə tələbin artacağını, lakin kredit siyasətində nəzərçarpan dəyişikliyin olmayacağını gözləyirlər.
İstehlak kreditləri üzrə isə standartlarda yumşalmanın və tələb artımının səngiməsini gözlədiklərini bildirirlər. Sorğu nəticələrinə əsasən banklar həm standartlar üzrə yumşalmanın, həmçinin tələb üzrə artımın kredit kartları üzrə olacağı qənaətindədirlər.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:22 / 11.09.2023
Biznes kreditlərinə maraq ARTACAQ – RƏSMİ PROQNOZ
Hazırda oxunan: Biznes kreditlərinə maraq ARTACAQ – RƏSMİ PROQNOZ
Hazırda oxunan: Biznes kreditlərinə maraq ARTACAQ – RƏSMİ PROQNOZ
154664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.