Rusiyadan oliqarxların KÜTLƏVİ QAÇIŞI – Azərbaycana üz tutanlar VARMI? 

Hazırda oxunan: Rusiyadan oliqarxların KÜTLƏVİ QAÇIŞI – Azərbaycana üz tutanlar VARMI? 

154134

"Qərb tərəfindən Rusiyaya və iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyalar rusiyalı investorların öz ölkələrini tərk etməyə məcbur edir.

Artıq onlar öz işlərini həyata keçirə və satdıqları mal və məhsullara görə ödəniş edə bilmirlər.Bir çoxunun ticarəti Avropa ilə bağlı idi, amma sanksiyalar səbəbindən buradakı müştərilərinin çoxunu itiriblər".

Bu sözləri Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, onların çoxu Ermənistana, Gürcüstana, Türkiyəyə, Qazaxıstana və Birləşmiş Ərəb Əmirliklərinə köçürlər:
 

MÖVZU İLƏ BAĞLI:

Çexiyada rusiyalı oliqarxın əmlakına HƏBS QOYULDU - FOTO


"Bu ölkələrin iş və ticarət mühiti onlar üçün daha cəlbedicidir. Gürcüstan da bu gün Rusiya ilə düşmən olsa da, hələ də cəlbediciliyini qoruya bilib. Bəziləri isə mal və məhsullarını daha uzaq ölkələrdə satmaqdan ötrü okeana çıxış əldə etmək istəyirlər. Buna görə də həmin ölkələrə üz tuturlar

Azərbaycanın isə okeanlara çıxışı olmadığına görə, gəlmək istəmirlər", Azərbaycana gələnlərin sayının daha çox az olduğunu söyləyən X.Kərimli vurğulayıb ki, onların ölkəmizə investisiya yatırmaları əhəmiyyətli ola bilər:

"Əgər artıq investisiya yatırımları olubsa, ölkəmiz üçün çox yaxşı haldır. Ancaq təəssüf ki, hökumətimiz adıçəkilən ölkələrin hökumətləri kimi bu məsələdə çevik davrana və daha çox investor cəlb edə bilmədi.

Ola bilər ki, hazırkı risklər əvvəlki kimi deyil. Onların öz ölkələrini tərk etməsi prosesi hələ davam edir. Əgər onları ölkəmizə cəlb edə bilsək, ölkədə həm məşğulluğun artması, həm yeni iş yerlərinin açılması, həm də əmlak bazarında tələbatın artması ilə bağlı yeni proseslər baş verəcək və ölkəyə pul axınına səbəb olacaq.Həm maliyyə sektorunun inkişafı üçün əhəmiyyətli olacaq, həm də ofis yerlərinə tələbat artacaq ki, bu da daşınmaz əmlak bazarı üçün müsbət haldır".

Onun sözlərinə görə, gələnlərin çoxu da uzun illərdir Rusiyada yaşayan azərbaycanlılardır:

"Uzun illər əvvəl ticarətlə məşğul olmaq və ya başqa məqsədlər üçün bu ölkəyə gediblər. Onlar rus polisindən və qeydiyyat problemlərindən canlarını qurtarmaq üçün Rusiya vətəndaşlığını qəbul ediblər.

İndi də Rusiyada səfərbərlik elan olunub, onlar da Ukraynada döyüşməmək üçün ölkəmizə qaçıblar və ailələrinin yanında gizlənirlər".

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin