ICIEC Qarabağın bərpasında əməkdaşlıqla bağlı təkliflər verib

Hazırda oxunan: ICIEC Qarabağın bərpasında əməkdaşlıqla bağlı təkliflər verib

154005

İslam İnkişaf Bankı (İsDB) Qrupuna daxil olan İxrac Kreditləri və İnvestisiyaların Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC) Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında əməkdaşlıqla bağlı təkliflər səsləndirib. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilib. 

Məlumata görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov ICIEC-in Baş icraçı direktoru Ussama Kaysi ilə görüşündə bildirilib. 

Görüşdə Azərbaycanın ICIEC-yə üzvlüyü ilə bağlı müvafiq qətnamənin qəbulundan ötən dövr ərzində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülmüş tədbirlər barədə məlumat verilib, Korporasiya ilə əməkdaşlığın yüksək qiymətləndirildiyi vurğulanıb. 

Tərəflər ticarətin və investisiyaların təşviqi, biznes mühiti üçün sığorta alətlərinin təqdim edilməsi və birgə layihələrin reallaşdırılması, Azərbaycan üzrə inkişaf prioritetlərinin siyahısı və onların bölgüsünə dair fikir mübadiləsi aparıblar. 
Qeyd edək ki, 1-4 iyun 2022-ci il tarixlərində Misir Ərəb Respublikasının Şarm Əl Şeyx şəhərində keçirilmiş İslam İnkişaf Bankının 47-ci İllik Toplantısı çərçivəsində ölkəmizin Korporasiyaya üzvlüyü ilə bağlı müvafiq qətnamə qəbul olunub. Korporasiyaya üzvlük prosedurlarına uyğun olaraq İCİEC-in Təsis Sazişi Azərbaycan Respublikasının 11 oktyabr 2022-ci il tarixli Qanunu ilə təsdiq edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin